Şənbə , Oktyabr 16 2021
azfa

İran rejimi Azərbaycanla sərhəddə hava hücumundan müdafiə təlimləri keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda terrorçu Sepahı yenidən Azərbaycan sərhədində təlim keçib. “Vilayət səmasının müdafiəçiləri-1400” adı altında “Sepah”ın Aerokosmik Qüvvələri və Ordunun Hava Hücumundan Müdafiə bölmələrinin iştirakı ilə keçirilmiş təlimdə orta yüksəklikdə olan hava hədəflərinə atışlar icra edilib.

İran mediası şərti düşmənin hava hücumunun qarşısının yerli istehsal olduğu iddia edilən və öyülən “Xordad- 3” və “Xordad- 15” hava hücumundan müdafiə sistemləri tərəfindən icra edildiyini bildirirlər.

İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin Müştərək Qərargahının komdandanı general Qadir Rəhimzadə bildirib ki, təlimlərdə əsas diqqət ölkənin həssas mərkəzlərinin hava hücumundan qorunmasına yetirilib.

O habelə iddia edib ki, təlimlər zamanı döyüş təyyarələrindən qanadlı raketlərin buraxılması da praktiki olaraq icra edilib.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …