Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

İran rejimi azərbaycanlı fəal Əbülfəz Kəramətini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsinin elektron sistemi vasitəsilə azərbaycanlı fəal Əbülfəz Kəraməti məhkəməyə çağrılıb.

Azərbaycanlı milli fəalın oktyabrın 18-də rejiminTəbrizdəki İkinci Cinayət Məhkəməsinin 112-ci şöbəsində olması istənilib.

Azərbaycanlı milli fəal  şərlənərək “qeyri-adi hərəkətlər etmək, ictimai asayişin pozulmasına səbəb olan və qanunsuz yığıncaqlara qatılmaqla vətəndaşların iş rejiminə, asayiş və təhlükəsizliklərinə xələl gətirmək”də ittiham olunub.

Qeyd edək ki, Əbülfəz Kəraməti iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə keçirilən etirazlarda rejimin məmurları tərəfindən yaxalanılb. Azərbaycanlı fəal 28 iyulda 300 milyon tümənlik girov qarşılığında Təbriz zindanından zaminə buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …