Şənbə , İyul 13 2024
azfa

İran rejimi azərbaycanlı fəal Mehrdad Şeyxini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəmə qərarlarını icrası idarəsi azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxini fevral ayının 27-də 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasında həbsə etdi.

Qeyd edək ki, azərbaycanlı fəal Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiyinə görə yaxalanmışdır.

Fəal 2019-cu ilin noyabrın 20-də Ərdəbildə atası evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış, 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi Mehrdad Şeyxiyə “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı 6 aya həbs cəzasına endirmişdir.

Mehrdad Şeyxi azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi isə hazırda Tehranın Evin zindanının 8-ci bölməsində Beynəlxalq Ana Dili Günü tədbirinə qatıldığı üçün məhkum olunduğu 2 illik həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …