Şənbə , Noyabr 27 2021
azfa

İran rejimi azərbaycanlı fəal Şəhruz Bərzgəri mühakimə etməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı milli-mədəni fəal Şəhruz Bərzgər Təbriz məhkəməsində müraciə etdikdən sonra məhkəmənin onun bir neçə ittiham üzrə mühakimə olunması barədə qərar çıxardığını bildirib.

Rejimin Təbrizdəki prokurorluğunun 1-ci şöbəsi tərəfindən çıxarılan qərara görə azərbaycanlı milli fəal “Qanunsuz etiraz aksiyasına qatılmaqla ictimai asayişi pozmaq”, “Polis məmurlarına itaətsizlik və onlarla qarşıdurma” və “Əli Məzlum Yengi adlı şəxsə məqsədli olaraq bədən xəsarətləri yetirmək”də ittiham olunub.

Qeyd edək ki, Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə valilik binasının inzibati binasının həyətində mülki geyimli təhlükəsizlik məmurları tərəfindən yaxalanıb. azərbaycanlı fəal yaxalanarkən döyüldüyü üçün müxtəlif bədən xəsarətləri alıb.

Şəhruz Bərzgər yaxalandıqdan bir həftə sonra 150 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb. Şəhruz Bərzgər eyni ittihamlara görə yaxalanan başqa azərbaycanlı fəal Şahin Bərzgərin qardaşıdır.

Iyulun 24-də Güney Azərbaycanın əsasən Təbriz şəhərində əl-Əhvaz etirazlarına dəstək məqsədilə etiraz aksiyası keçirildi və nəticədə rejim çox sayda azərbaycanlı fəalı yaxaladı.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …