Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi azərbaycanlı fəallar Rza Müqəddəsi və Yusif Pircanini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində rejimin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Rza Müqəddəsi və Yusif Pircanini “Sistemə qarşı təbliğat”da ittiham edərək 3 ay həbs cəzasına məhkum edib.

Azərbaycanlı fəalların hər ikisi də iyulun 24-də İran rejiminin məmurları tərəfindən saxlanılmış, avqustun 6-da isə girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdılar.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində iyulun 24-də əl-Əhvaz ərəblərinin su üsyanına dəstək olaraq mitinq keçirilmişdi. Rejimin məmurları çox sayda azərbaycanlı fəalı yaxalamışdı.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …