Şənbə , Noyabr 27 2021
azfa

İran rejimi azərbaycanlı milli fəal Şahin Bərzgəri mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbayanlı milli-mədəni fəal Şahin Bərzgəri mühakimə etdi. Fəal rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində hakim Rza Füruğinin sədriyi ilə mühakimə olunub.

Azərbaycanlı milli fəal Şahin Bərzgər “Kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək”də ittiham olunub.

Qeyd edək ki, azərbaycanlı milli fəal 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına etiraz olaraq keçirilən kütləvi etirazlarda digər milli fəallarla birlikdə Təbrizdə yaxalıanmışdı.

Şahin Bərzgər təxminən 100 gün ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Ötən ilin avqust ayında rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən milli fəalın cəzası 3 aya endirilib və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəzlənmişdi.

Bundan öncə Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət almışdı.

Şahin Bərzgər bundan öncə də Azərbaycan türk millətinin milli-mədəni hüquqları uğrunda fəaliyyət etdiyi üçün rejim tərəfindən təzyiqlərlə qarşılaşmışdı.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …