Bazar ertəsi , İyun 23 2025
azfa

İran rejimi azərbaycanlı milli fəal Siyamək Fərəczadəni prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Fərəczadəni (Qaradağlı) prokurorluğa çağırdı.

Bununla bağlı azərbaycanlı fəala bildiriş göndərilib. Bildirişdə fəaldan istənilib ki, müəyyən edilmiş müddət ərzində o rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinə müraciət etsin.

Qeyd edək ki, Siyamək Fərəczadə (Qaradağlı) iyulun 1-də İran təhlükəsizlik qüvvələri tərəfindən Kəleybər şəhərində yaxalanaraq ETTELAAT İdarəsinin Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Siyamək Fərəczadə həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsində iyulun 16-da prokurorluğa aparıldığı və yenidən təcridxanaya qaytarıldığını demişdi.

Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı milli fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi üzrə təhsil almışdı.

Azərbaycanlı fəalın Babək Qalası Qurultayına qatıldığı üçün yaxalandığı bildirilir.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …