Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi azərbaycanlı milli fəal Vəhid Əbhərini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Vəhid Əbhərinin oktyabrın 30-da məhkəmə iclası keçirilib.

Hakim Rza Füruğinin sədrliyi ilə Təbrizin 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsində keçirilən məhkəmə iclasında Vəhid Əbhərinin “kiber məkanda kommunikasiya sistemləri vasitəsi ilə insanları zorakılığa təhrik və dəvət etmək” ittihamına baxılıb.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına keçirilən dəstək mitinqi ilə bağlı yaxalanmışdı

Vəhid Əbhəri 2016-cı ildə mədəni fəaliyytlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 5 gün dindirildikdən sonra sərbəst buraxılmışdı.

Vəhid Əbhəri 2017 və 2018-ci illərdə Babək Qalası Qurultayında iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün də yaxalanmışdı.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …