GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi milli-mədəni fəal və sənətçi Yusif Sələhşurun oktyabrın 27-də rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində hakim Rza Füruğinin sədrliyi ilə mühakimə edib.
İran rejimi Yusif Sələhşurü “Sistemə qarşı təbliğat” və “Səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittiham edib.
Yusif Sələhşurun “Sistemə qarşı təbliğat” ittihamına isə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılıb və hələlik bu ittihamla bağlı qərar çıxarılmayıb.
Qeyd edək ki, Yusif Sələhşur iyulun 25-də rejimin məmurları tərəfindən Təbrizdə yaxalanıb. O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda rejimin Təbrizdəki zindanına köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılıb.
Azərbaycanlı fəal Təbrizdə etirazlarla bağlı irqçi fars rejimin məmurları tərəfindən yaxalanmışdı.