Cümə , Sentyabr 20 2024
azfa

İran rejimi azərbaycanlı milli-mədəni fəal Əli Əzizini cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycan əyalətindəki Apellyasiya Məhkəməsinin 6-cı şöbəsi Urmiya sakini azərbaycanlı mədəni fəal Əli Əzizini birinci və ikinci ittihama görə bütövlükdə 3 milyon tümən nağd cərimə ödəməyə məhküm edib.

Məhkəmə tərəfindən Əli Əzizinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə Cinayət Prosessual Məcəllənin 455-ci, İslami Cəza Qanununun 120-ci və Konstitusiyanın 37-ci maddələrinə əsasən azərbaycanlı fəala “GAMAC-a üzv olmaq” ittihamından bəraət verilib.

Eyni zamanda azərbaycanlı fəal “Sistemə qarşı təbliğat” ittihamına görə isə 3 aylıq həbs cəzasına qarşılıq olaraq 3 milyon tümən nağıd cərimə ödəməyə məhkum edilib.

Azərbaycanlı fəal “İctimai rəyi təhrik etmək məqsədi ilə internetdə yalan yaymaq” ittihamına görə isə Cinayət Prosessual Məcəllənin 2013-cü ildə təsdiq edilmiş 455-ci maddəsinin A bəndinə əsasən 10 milyon riyal (1 milyon tümən) nağd cəriməyə məhkum edilib.  

Bundan öncə isə Əli Əzizi “Sistemə qarşı təbliğat” ittihamına görə 1 il, “GAMAC-a üzv olmaq” ittihamına görə 5 il həbs cəzasına, “İctimai rəyi təhrik etmək məqsədi ilə internetdə yalan yaymaq” ittihamına görədə 10 milyon riyal nağd cərimə ödəməyə məhkum edilmişdi.

Qeyd edək ki. Əli Əzizi 2020-ci il fevralın 23-də Urmiya şəhərində ata evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …