İran rejimi azərbaycanlı sərhədçilərin kürd terrorçular tərəfindən şəhid edilməsini gizlədir

GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, cuma günü noyabr ayının 3-də PJAK kürd terrorçularının hücumu nəticəsində Qərbi azərbaycan vilayətinin Babanur məntəqəsində Çaldıran sərhəd polkuna hücumu nəticəsində 8 nəfər Azərbaycan türkü şəhid olub.  

Məlumata görə, İran rejimi bu azərbaycanlı sərhədçiləri şəhid edən kürd terrorçuların adını çəkmir və yalnız silahlı dəstə adı ilə onları təqdim edir. Bundan məqsəd isə terrorçu kürdləri bir növ himayədir. Təkcə İran KİV-i deyil, Radio fərda, BBC və s. xarici radiolarda çalışan farslar da məqsədli şəkildə terrorçu kürdlərə haqq qazandırır, onların terror əməlini kürd xalqının hüquqları uğrunda sivil mübarizə kimi təqdim edirlər.

Farsların bu qərəzli şəkildə tərəfdarlığı isə zaman-zaman Azərbaycan türklərinin etirazına səbəb olur. Zəncanda keçirilən etirazda isə azərbaycanlılar bu kürd terrorçuluğuna etiraz ediblər.

Qeyd edək ki, kürdlərin müxtəlif terror təşkilatları son onilliklərdə Qərbi Azərbaycanı terror hədəfinə çeviriblər. Bunun nəticəsində minlərlə türk şəhid olub.

Kürdlərin törətdiyi son terror əməliyyatında şəhid olan türk hərbçilərinin adları isə aşağıdakılardan ibarətdir:

Xoydan zabit Həmid Hacızadə Mənuçehr oğlu

Xoydan zabit Məhbub Nuri Əsl Əli oğlu

Türkmənsəhradan əsgər Mehdi Kəlsər Həkim oğlu

Miyanadan əsgər Əmir Qurbani Söhrab oğlu

Gövhərdəştdən əsgər Məhəmməd Hüseynzadə Söhbətulla oğlu

Binabdan əsgər Səid Qulabi Tohid oğlu

Binabdan əsgər

Abbas Qadiri Fətulla oğlu

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …