Cümə axşamı , Oktyabr 10 2024
azfa

İran rejimi azərbaycanlı ziyalı Əkbər Azadı Tehran zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin bir neçə gün öncə yaxaladığı azərbaycanlı ziyalı Əkbər Azad Tehran zindanına köçürülüb.

Azərbaycanlı fəalın ailə üzvləri fəalın sağlıq durumundan narahat olduqları üçün avqustun 11-də Baharistanın Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə müraciət ediblər.

Onlar Əkbər Azadın şəkər xəstəliyindən əziyyət çəkdiyi bildiriblər. Bildirilib ki, yaxalanma zamanı üzərində ona lazım olan dərman preparatları olmadığı üçün səhhəti hər an pisləşə bilər.

Məhkəmə Qərarlarının İcrası İdarəsindən bildiriblər ki, Əkbər Azad haqqında məlumatları yoxdur və o Tehran zindanına köçürülüb.

Əkbər Azad yaxalandıqdan sonra ailə üzvləri ilə telefon əlaqəsi saxlamayıb. Ona görə də doğmaları Əkbər Azadın səhhəti ilə bağlı narahatdırlar.

Qeyd edək ki, azərbaycanlı ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən yaxalanıb.

Yaxınlarının bildirdiyinə görə, o, zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getmişdi. Məhkəmə məsulları onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə  razılaşmayıb və onu həbs ediblər.

Əkbər Azad 2014-cü ildə isə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …