Cümə axşamı , Aprel 25 2024
azfa

İran rejimi azərbaycanlı fəal Əmir Səttarini həbs və cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Əmir Səttarini həbs və cərimə cəzasına məhkum edib.

Məhkəmə qərarına əsasən rejim azərbaycanlı fəalı “kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham edib.

Məhkəmə Əmir Səttarini 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib. Başqa bir qərarla fəalın həbs müddətinin 50 günü iki il müddətinə təxirə salınıb.

Qeyd edək ki, Əmir Səttari iyulun 21-də İran rejiminin məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılıb.

Fəal 11 avqustda Təbriz zindanına köçürülüb və 15 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə yaxalanaraq, həbs və təzyiqlərə məruz qalmışdır.

Əmir Səttari 2017-ci ildə yaxalanaraq 5 il həbs cəzasına məhkum edilmişdi. Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun qalan 3 illik həbs müddətini şərti həbs cəzası ilə əvəzləmişdi. Fəal hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …