Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Ruzbeh Pirini 6 il həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirini 6 il həbs cəzasına məhkum etdi.

Dekabrın 14-də rejimin məhkəməsinin hakim Fəthnejadın sədrliyi ilə keçirilən məhkəmə iclasında azərbaycanlı milli fəal “Sistemə qarşı təbliğat aparmaq” ittihamına görə 1 il, “Sistemə müxalif qruplara üzvlük” ittihamına görə isə 5 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Ruzbeh Piri sentyabrın 9-da İran ETTELAAT qüvvələrinin 12 mülki geyimli məmuru tərəfindən ona heç bir məhkəmə qərarı təqdim etmədən yaxalanıb.

Ruzbeh Piri İran rejiminin qüvvələri tərəfindən yaxalanarkən vəhşicəsinə döyülüb.

Şahidlərin sözlərinə görə, ağır bədən xəsarətləri alan azərbaycanlı milli fəal zorla maşına mindirilərək naməlum yerə aparılıb.

Ruzbeh Piri ETTELAAT İdarəsinin təcridxanasında iki həftə saxlanılıb və dindirildikdən sonra rejimin Təbrizdəki mərkəzi zindanına köçürülüb və sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Ruzbeh Piri bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …