İran rejimi azərbaycanlı siyasi məhbus Əkbər Nəimiyə məzuniyyət hüququndan istifadə etməsinə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi bir ildən artıq həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəimiyə məzuniyyət hüququndan istifadəyə heç vaxt icazə verməyib.

Artıq iyulun 19-da Tehranın Evin zindanının 3-cü bölməsinin 4-cü bəndəndə həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəiminin məhkumluq dövrünün bir ili başa çatıb. Lakin rejim azərbaycanlı fəal bir dəfə də olsun məzuniyyət hüququndan istifadəyə icazə verməyib.

Fəalın yaxınlarının verdiyi məlumata görə, Əkbər Nəimi bütün basqılara və hüquqlarının pozulmasına baxmayaraq yaxşı əhval-ruhiyyədədir. Nəimi həbs edilmədən qısa müddət öncə tvitter hesabında etdiyi paylaşımda “Arxayınıq, Azərbaycan xalqı bir gün xoşbəxtliyi dadacaq” yazıb. Bu, onun zindanda da ümidli və nikbin olduğunu göstərir.

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …