Şənbə , Dekabr 4 2021
azfa

İran rejimi erməni təcavüzünü pislədiyi üçün Aydın Zakirini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Xiyav şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri II Qarabağ müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pislədiyi üçün məhkəməyə çağırıb.

Rejimin fəala göndərdiyi bildirişə görə o iyul ayının 13-ü, Təbriz vaxtilə saat 11:00-da Xiyav şəhərinin 2-ci Cinayət Məhkəməsinin 101 saylı şöbəsində olmalıdır.

Göndərilən bildirişdə Aydın Zakirinin şərlənərək “İctimai asayişi pozmaq”da ittiham edilib.

Qeyd edək ki, Aydın Zakiri 2020-ci il  oktyabrın 18-də Güney Azərbaycan şəhərlərində Qarabağın azad edilmə əməliyyatlarına dəstək və İran rejiminin Ermənistana hərbi, texniki və locistik yardımlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə yaxalanmışdır.

Bundan öncə isə Aydın Zakiri Savalan dağı mərasimi ilə bağlı yaxalanmışdı. Təhlükəsizlik qüvvələri ötən çərşənbə günü də fəalla əlaqə saxlayaraq onun ETTELAAT İdarəsinə müraciət etməsini və Savalan dağı mərasiminə qatılmamaqla bağlı iltizam verməsini tələb etmişdilər. Lakin azərbaycanlı fəal rejimin təhlükəsizlik qüvvələrinin tələbinin qanunsuz olduğunu bildirib.

Azərbaycanlı fəal Aydın Zakiri bundan öncə isə 2015-ci il fevralın 21-də, Beynəlxalq Ana Dili Günündə rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

Albaniya elmində inqilab; erməni – qıpçakcası

GADTB: Bəxtiyar Tuncayın 2010-cu ildə nəşr etdirdiyi “Qafqaz albanlarının dili və ədəbiyyatı” monoqrafiyasının işıq üzü …

Uyğur türkləri mübarizədə tək qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin təhlükəsizlik xidməti fəal uyğurları həm ölkə daxilində, …