Şənbə , Oktyabr 16 2021
azfa

İran rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyənləri mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst fars-molla rejimi II Qarabağ müharibəsinin ildönümündə Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı fəalları mühakimə etdi.

Keçən il Azərbaycan ordusuna dəstək və İranın Ermənistana hərbi yardımına etiraz etdikləri üçün Ərdədbilin Ciral parkında yaxalanmış azərbaycanlı fəallar Pərviz Siyabi Gürcan, Hüseyn Balaxanı İsalu, Mürtəza, Mustafa və Müctaba Pərvin Cüda, Hamid Heydəri Baris, Məhəmməd və Səccad Colani Ocaq, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Əsgər Əkbərzadə Xızrabadi bir sıra saxta ittihamlar üzrə mühakimə ediliblər. Məhkəmə iclası rejimin Ərdəbildəki 2 Saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsində keçirilib.

Erməni təcavüzünü pisləyən azərbaycanlı fəalları ermənipərəst İran rejimi “Hay-küy və qalmaqal törətmək yolu ilə ümumi intizamı pozmaq” və “Məmurlara tabe olmamaq” ittihamı ilə mühakimə edib.

Qeyd edək ki, fəallara qarşı irəli sürülüən saxta ittihamların bir sırası üzrə məhkəmə keçirilmişdi. Məhkəmədə azərbaycanlı fəallar onlara qarşı irəli sürülən “İran rəhbəri Əli Xaməneini təhqir etmək ” və “Milli təhlükəsizliyə qarşı toplaşma və əlbirolma” ittihamlarından özlərini müdafiə edərək bildiriblər ki, təhlükəsizlik orqanları məhkəmə qurumundan alət kimi istifadə edərək, yalan ittihamlar irəli sürüb və məsələnin mahiyyətini təhrif etmişdilər.

Sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edirdi. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olmuşdu.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …