Şənbə , İyul 13 2024
azfa

İran rejimi Güney Azərbaycanda işıq və suyu kəsməklə faciəvi şərait yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanda isti havalarda işıq və suyu kəsməklə faciəvi şərait yaradır.

Güney Azərbaycanın müxtəlif şəhərlərində müşahidə olunan bu problem son günlər Təbriz şəhəri və ətraf bölgələrində ciddi şəkildə müşahidə edilməkdədir. Ət və ərzaq satılan mağazalarda istidən və soyuducların işləməsi üzündən məhsulların xarab olduğu bildirilir.

Təbrizin hətta bir sıra məhəllələri, o cümlədən Kücüvar məhəlləsində elektriklə yanaşı içməli su kəsildiyi üçün sakinlər suya olan ehtiyaclarını səyyar su tankerləri vasitəsilə həll etməyə məcbur olublar.

Bununla yanaşı Kəleybər və bölgə kəndlərində də içməli su çatışmazlığı böyük problemə çevirlib.

Güney Azərbaycanın bütün bölgələri irqçi fars rejimi biganəliyi üzündən belə acınacaqlı vəziyyət davam edir.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …