Şənbə , Avqust 22 2026
azfa

İran rejimi Güney Azərbaycanda Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən fəalları məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Güney Azərbaycanın Ərdəbil şəhərində Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən 12 azərbaycanlı fəalı məhkəməyə çağırııb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən azərbaycanlılara İran rejiminin məhkəməsindən aprelin 21-də gələn bildirişdə onlardan Ərdəbildə yerləşən Ümumi və İnqilab Məhkəməsinə gəlmələri tələb olunur.

İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən bildirişdə yazılıb ki, Hüseyn Balaxani İsalı, Mustafa Pərvin Cuda, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colanidən bildirişi aldıqdan 5 gün müddətində son müdafiələrini etmək üçün Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsinə müraciət etməlidirlər.

Ermənistanın hərbi təcavüzünü pisləyən azərbaycanlı fəallar ermənipərəst İran rejimi “Səs-küy salmaqla ictimai asayişi və intizamı pozmaq”, “Qəsdən özünə bədən xəsarəti yetirmək”, “Polis əməkdaşlarını təhqir etmək və tabe olmamaq”, “Xameneini təhqir etmək” və “Ölkənin daxili təhlükəsizliyinə qarşı aksiyada iştirak etmək və əlbir olmaq” ittihamları irəli sürülüb. Görünür ermənipərəst Xamenei rejimi üçün Ermənistanın Azərbaycan ərazisinə təcavüzünü pisləmək “Səs-küy salmaqla ictimai asayişi və intizamı pozmaq”, “Qəsdən özünə bədən xəsarəti yetirmək”, “Polis əməkdaşlarını təhqir etmək və tabe olmamaq”, “Xameneini təhqir etmək” və “Ölkənin daxili təhlükəsizliyinə qarşı aksiyada iştirak etmək və əlbir olmaq” anlamına gəlir.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 28-də  Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli fəallar Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək mitinqi keçiriblər. Ermənipərəst İran rejimi həmin azərbaycanlı fəalları vəhşicəsinə döyülərək həbs etmişdi.

Ərdəbillə yanaşı Tehran, Təbriz, Urmiya və s. Güney Azərbaycan şəhərlərində də Azərbaycana dəstək aksiyaları keçirilmişdi. İran rejimi 100 nəfərdən çox aksiya iştirakçısını həbs etmişdi.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …