Bazar ertəsi , İyun 17 2024
azfa

İran rejimi həbs etdiyi azərbaycanlı sənətçi Mitra İbrahimini vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi həbs etdiyi Azərbaycan rəqsi müəllimi Mitra İbrahimini vəsiqə qarşılığında zaminə buraxıb.

İyulun 1-də Təbrizdə İran rejiminin ETTELAAT məmurları tərəfindən idarəyə çağrılaraq yaxalanan azərbaycanlı sənətçi rejimin Təbrizdəki zindanına köçürülmüşdü.  Daha sonra isə Azərbaycan rəqsi müəllimi  Mitra İbrahimi 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycan rəqsi müəllimi Mitra İbrahimi  ETTELAAT İdarəsində sorğu-suala çəkildikdən sonra “sosial şəbəkələrdə rəqs görüntüsü yaymaq”da ittiham edilib və daha sonra Təbriz zindanına köçürülmüşdü.

Qeyd edək ki, Mitra İbrahimi Azərbaycan rəqsi müəllimi və Təbrizin ” Söz-saz” dərnəyinin üzvüdür.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …