Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi Kəleybərdə azərbaycanlı jurnalisti həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  sentyabrın 29-da Güney Azərbaycanın Kəleybər şəhərindən olan jurnalist və sosial şəbəkə fəallı Əbülfəz Purhüseynqulunu iş yerində yaxalayıb.

Jurnalistin nədə ittiham olunduğu və harada saxlanıldığı barədə hələlik dəqiq məlumat yoxdur.

Bundan öncə sentyabrın 30-da isə azərbaycanlı fəal və incəsənət müəllimi, fotoqtaf Arəş Şadmənd rejimin məmurları tərəfindən yaxalanmışdı.

Hər iki azərbaycanlı fəalın Əhər şəhərində rejimin Bəsic qüvvələrindən olan biz müəllimin 5 məktəbliyə təcavüz etməsi faktını işıqlandırdıqları üçün yaxalandıqları ehtimal edilir.

Həmin azərbaycanlı fəallar bu barədə idarə etdikləri sosial şəbəkələrdə məlumat yayaraq cinayətkarın cəzalandırılmadığını ifşa etmişdilər.

Keçən cümə günü Kəleybər şəhərinin cümə imamı Seyid Səid Rəşadi öz çıxışında həmin cinayəti ifşa edənlərin cəzalandırılmasını istəmişdir.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …