Bazar , Sentyabr 19 2021
azfa

İran rejimi kürdləşdirmə məqsədilə Güney Azərbaycanı yenidən parçalayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejim məkirli planla Azərbaycanı parçalayıb, Azərbaycan ərazisində yeni kürd vilayəti yaratmağa başlayıb. Bu məqsədlə Güney Azərbaycanın Qoşaçay mahalı üç bölgəyə bölünüb.

Yeni inzibati məntəqə bölgüsünə əsasən, Qərbi Azərbaycan əyalətinin Qoşaçay mahalı Qoşaçay, Çaharborc və Baruq şəhərləri mərkəz olmaqla üç ayrı bölgə olub.

Ötən gün bölgənin cahil və avam deputatının iştirakı ilə Baruq şəhərinin qubernatorluq binasının açılış mərasimi keçirilib.

Mərasimə Qoşaçayın məclisdəki cahil nümayəndəsi Mehdi İsazadə, Qərbi Azərbaycan əyalətinin kürd valisi Məhəmməd Mehdi Şəhriyari və İran prezidentinin məclisdəki nümayəndəsi Hüseynəli Əmiri qatılıb.

Dünən onların iştirakı ilə Çaharborc şəhərində də İcra qubernatorluğunun açılışı olub.

Beləliklə rejim Azərbaycanda bu məkirli planla Qoşaçayı üç bölgəyə bölməklə Azərbaycan ərazisində Mahabadın mərkəz olması əsasında yeni kürd vilayəti yaratmaq planına start verib.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …