Çərşənbə , Fevral 11 2026
azfa

İran rejimi milli fəal Ruzbeh Pirinin dosyesini məhkəməyə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi far rejim azərbaycanlı milli fəal Ruzbeh Pirinin dosyesini məhkəməyə göndərilib.

Bu barədə milli fəalın yaxınları məlumat verib.

Ruzbeh Piri dosyesinin Təbrizin ikinci Cinayət Məhkəməsinin 103-cü bölməsinə göndərilməsindən məhkəmənin elektron sisteminə müraciət etdikdən sonra  xəbər tutub.

Azərbaycanlı fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin saxlanılması və təzyiqlərə məruz qalması ilə bağlı yayınladığı bilgilərə görə aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılmışdı.

Məhkəmənin hakimi Musəvi “İnstagram” hesabında yaydığı məlumata görə milli fəala qarşı “Sistemə qarşı təbliğat aparmaq” və “Yalan məlumatlar yaymaq” ittihamlarını irəli sürmüşdü.

Ruzbeh Piri dindirildikdən sonra 80 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …