İran rejimi Muğanda Azərbaycan neftini talamağa başlayıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Muğan bölgəsində Bilesvarın XəlifəLi kəndinin Qır dərəsində Azərbaycanın neft yataqlarını artıq talamağa başlayıb.

Artıq iki aydır İran Milli Qazma Şirkətinə bağlı Ələhvazın 54 Fəth Qazma Qurğusu bölgədə neft ixracına başlayıb.

Qeyd edək ki, irqçi və müstəmləkəçi İran rejimi Pəhləvi dövründən Azərbaycanın tarixi torpaqlarında yeraltı və yerüstü sirvətləri, o cümlədən Tikantəpənin qızıl mədəni, Süngün mis yataqlarını və yüzlər digər Azərbaycan mədənlərini talayıb fars bölgələrinə daşıyır.

İran rejimi indi isə Azərbaycanın neft ehtiyatlarını talamağa başlayıb. Müstəmləkəçi İran rejiminin Tikantəpə, Qaradağ və s. bölgələrdə Azərbaycan sərvətlərini talayıb ciddi ekoloji fəlakət törətdiyi kimi Muğanda da Azərbaycan sərvətlərini vəhşicəsinə talamaqla Azərbaycanda ekoloji fəlakət törədəcəyinə kimsə şübhə etmir.

Həmçinin yoxlayın

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …

Güney Kiprdə Türkiyə əleyhinə yeni terror təşkilatı yaradıldı

GADTB: Güney Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb. Bu barədə Türkiyə …