Şənbə , Avqust 29 2026
azfa

İran rejimi Omanla danışıqların ortasında Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerinə hücum edib

GADTB: Birləşmiş Ərəb Əmirlikləri avqustun 8-də İran rejiminin Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus neft tankerinin Hörmüz boğazından keçidi zamanı raketlə hədəfə alınmasını pisləyib və Tehranı «piratlıqda» ittiham edib. Region ölkələri də hücumu kəskin şəkildə pisləyiblər.

BƏƏ-nin rəsmi WAM xəbər agentliyi əvvəlcə Əbu-Dabi Milli Neft Şirkətinə istinadən bildirib ki, şirkətə məxsus gəmilərdən biri şənbə günü səhər saatlarında raketlə hədəfə alınıb. Məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb və vəziyyət nəzarət altındadır.

Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Misir və İordaniya xarici işlər nazirlikləri yaydıqları bəyanatlarda hücuma görə İran rejimini məsuliyyət daşımaqda günahlandırıb və davam edən «amansız hücumları» pisləyiblər.

BƏƏ-yə məxsus neft tankerinə hücum İran rejimi rəsmilərinin Omanla Hörmüz boğazında gəmiçilik hərəkətinin tənzimlənməsi ilə bağlı razılaşmanın əldə olunmasının yaxın olduğunu bildirdikləri bir vaxtda baş verib.

İran rejiminin xarici işlər naziri Abbas Əraqçi avqustun 8-də keçirdiyi mətbuat konfransında bildirib ki, Omanla Hörmüz boğazının hüquqi statusu, idarə olunması və bu su yolunda gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, tərəflər razılaşmanın əldə olunmasına «çox yaxınlaşıblar».

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …