Cümə axşamı , Oktyabr 1 2026
azfa

İran rejimi Qaradağda daha bir mədəni talamaqla Azərbaycanda ekoloji fəlaktə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinin “aznews.tv”yə istinadən yaydığı məlumata görə, İran rejimi Qaradağda yerləşən Doştur Qızıl Mədəninitalamağa başlayıb.

 Əhər şəhristanının yaxınlığında yerləşən Doştur bölgəsində qızıl mədəni fəaliyyətə başlaması iləətraf mühitə zərərli tullantılar sızmaqdadır.

Ətraf mühit fəallarının İkinci Əndirgan adlandırdıqları mədəndə qeyri-peşəkar üsulla qazıntı işlərinin aparılması zəhərli maddələrin ətrafa yayılmasına səbəb olub.

Bundan başqa, mədənin siyanor maddəsindən istifadəsi sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Məlumata görə, sakinlər arasında zəhərlənmə faktı qeydə alınıb. Vərziqanın mis mədənində də bənzər durum hökm sürür. Özəlliklə bölgə üçün əhəmiyyətli olan Süngün mis mədəni ekoloji çirklənməyə səbəb olub.

Qeyd edək ki, İranda çıxan 68 mədən maddəsindən 52-si Şərqi Azərbaycan yerləşir. Vilayətdə 411 fəal mədən var, 650 mədənin isə fəaliyyətinə rəsmi lisenziya verilib.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …