Çərşənbə , İyul 28 2021
azfa

İran rejimi Səid Sultani və Babək Kiyumərsini yenidən məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəallar Səid Sultani və Babək Kiyumərsini Təbriz şəhərində yerləşən İnqilab Məhkəməsinə çağırıb.

Güney Azərbaycanın Culfa şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəallar Babək Kiyuməri və Səid Sultani ayrı-ayrılıqda aldıqları bildirişlərdə 24 may, saat 09:30-da Təbriz şəhərində yerləşən rejimin İnqilab Məhkəməsinin 3 saylı şöbəsində olmaları istənilib.

Qeyd edək ki, Culfa şəhərində oktyabr ayının 4-də Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilən bu iki milli fəal 2 aydan çox Təbrizdə İranın Kəşfiyyat qurumunun təcridxanasında və Təbriz həbsxanasında nəzarət altında saxlanılmışdılar.

Təhlükəsizlik qüvvələri Səid Sultanini iş yerində tutub, daha sonra onun evində apardıqları axtarış zamanı şəxsi əşyalarını o cümlədən kompüteri, cib telefonu, kitablarını və maşınını da aparmışdılar.

Babək Kiyumərsinin həyat yoldaşı milli fəal həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilir.

Sulatani və Kiyumərsi keçən il dekabr ayının 1-də və 2-də ayrı-ayrı kəşfiyyat nazirliyinin təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasına köçürüldükdən sonra 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Fəallar indiyədək dəfələrlə mədəni fəaliyyətlərinə görə həbs edilib. Babək Kiyumərsi 2011-ci ilin iyun ayının 6-da Culfa şəhərinin Şuşa bölgəsində yerləşən atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Səid Sultani isə keçən illərdə də müxtəlif mitinq və etiraz aksiyalarına qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

İkinci Qarabağ Müharibəsi əsnasında Cənubi Azərbaycan və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalmışdı.

Həmçinin yoxlayın

Tehranda azərbaycanlı fəallar Babək Rzai və Saleh İkrami həbs olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT məmurları Tehranda azərbaycanlı fəallar …

Ortaq Türk ordusunun yaradılması üçün danışıqlar aparılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu …