GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda milli qiyamın ildönümündə sulduzlu milli-mədəni fəal Həsən Badpeymanı (Savalan Sulduz) telefon əlaqəsi vasitəsilə ETTELAAT İdarəsinə çağrıb.
İrqçi fars rejimin təhlükəsizlik məmurları milli fəaldan 1 Xordad (22 may) qiyamının ildönümü ilə bağlı heç bir toplantı və aksiyaya qatılmamağı ələb edib.
Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş qiyamın 15-ci ildönümü tamam oldu. İran rejimi hər vasitə ilə Azərbaycanın həmin qiyamdakı şəhidlərinə anım mərasiminin keçirilməsinə mane olmaöa çalışdı.