Bazar , Avqust 16 2026
azfa

İran rejimi Süngün mis mədənini talayarkən Qaradağ meşələrinin 30 hektarını məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Azərbaycanın sərvətlərini müstəmləkəçi kimi taladığı üçün Qaradağ meşələrinin 30 hektarını məhv edib.

Rejimi bu cinayətini artıq yerli rəsmilər də etiraf etməyə məcbur olublar. Şərqi Azərbaycanın Təbii Qaynaqlar Baş İdarəsinin müdiri Rəhim Mehrdadi bu məsələni etiraf edib.

Rəhim Mehrdadi meşə və otlaqların qorunmasının vacibliyinə toxunaraq, Şərqi Azərbaycanın Qaradağ meşələlərini qorumaq üçün yanğınsöndürmə mərkəzinin tikilməsi ilə bağlı layihənin üzərinə işləndiyini bildirib.

O, Süngün yatağından mis çıxarma əməliyyatı zamanı Qaradağ meşələrinin 30 hektarının məhv edildiyini diqqətə çatdırıb. Bunun 19 hektarı meşəlik, 11 hektarı isə otlaq olub. Məsələni araşdırmaq məqsədilə əyalət başçısı tərəfindən komitə təşkil edilib.

Araşdırmalardan sonra Süngün şirkətinin Qaradağ meşələrində dağıntılar törətdiyi sübuta yetirilib. Nəticədə əməliyyatların dayandırılması ilə bağlı göstəriş vercilib. Mütəxəssislərin keçirdiyi baxışlar zamanı meşələrdəki 23 min 500 ağacın Süngün Mis şirkəti tərəfindən kəsildiyi bəlli olub.

Mehrdadi şirkətin fəaliyyətini davam etdirməsinə icazə verilməyəcəyini vurğulayıb.

Həmçinin yoxlayın

Trampın molla rejiminə qarşı iqtisadi təzyiq planları açıqlanıb

GADTB: ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq niyyətindədir. Reuters xəbər …

İranda milyardlarla dollarlıq neft qalmaqalında məmur övladlarının adı hallanır

GADTB: İranda təxminən 11 milyard dollarlıq neft gəlirinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı korrupsiya gündəmə gəlib. …