Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi türk adı Alparslana görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi türk adı olan Alparslan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edib.

İki aydır doğulan azərbaycanlı körpəyə İran rejiminin faşist yanaşması nəticəsində doğum şəhadətnaməsi almaq mümkün olmayıb.

Azərbaycanlı körpənin atası Mustafa Əvəzpur İran rejiminin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin antitürk siyasətini tənqid edərək bildirib ki, rejimin onların övladlarına türk adı olan “Alparslan” adı qoyduqları üçün doğum şəhadətnaməsi verməməsi onları və övladlarını böyük problemlərlə qarşı-qarşıya qoyub. Belə ki, övladlarına heç bir vaksin vurdurmağa icazələri yoxdur və ona dərman kitabçası da açılmır.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi məhv etmək məqsədilə onlara öz övladların öz dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …