Cümə axşamı , İyul 25 2024
azfa

İran rejimi türkmən jurnalistləri mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Türkmənistanda (Gülüstan) üç türkmən jurnalisti Günbəddə yerləşən məhkəməsinə çağırıb.

Rejim türkmən fəallar Ana Məhəmməd Bayat, Məhəmməd Xocəmli və Lətif İzədini məhkəməyə çağırıb. Fəalları məhkəmədə vəkil Əhməd Muradpur müdafiə etməlididir.

“Səhra”, “Sayeran” və “Gülüstan Salam” nəşrlərinin əməkdaşı olan türkmən jurnalist Ana Məhəmməd Bayat sosial şəbəkədə Molla Nəsrəddinin karikaturasını yaydığı üçün İran rejimi onu “ölkənin təhlükəsizliyinə qarşı çıxmaq”da ittiham edib.

Girov qarşılığında zminə buraxılmış Ana Məhəmməd Bayat bir müddət öncə Günbəddəki rejimin dövlət və İnqilab Prokurorluğunun 5 saylı istintaq idarəsi tərəfindən dindirildikdən və ittihamları barədə məlumatlandırıldıqdan sonra girov qarşılığında zaminə buraxılıb.

Qərar çıxarılıb, iş 2-ci Cinayət Məhkəməsinin şöbələrindən birinə göndərilib. Həmin məhkəmə orqanı isə işi İnqilab Məhkəməsinə göndərib.

Türkmən jurnalistin vəkili Əhməd Muradpur mətbuata açıqlamasında deyib bu barədə deyib: “Ana Məhəmməd Bayat ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə günahlandırılıb. Günbəd məhkəmə heyəti işə baxmağa səlahiyyətinin çatmadığını bildirdikdən sonra onun işini İnqilab Məhkəməsinə göndərib”.

Türkmən jurnalist Aman Məhəmməd Xocəmli isə 3 avqustda Günbəddə rejimin İnqilab Məhkəməsinə çağrılıb. O “Yalan məlumat yaymaq” və “Ölkənin təhlükəsizliyinə qarşı çıxmaq”da ittiham olunub.

 “Fərdaye İran” sosial media qrupunun rəhbəri olan Xocəmli, iyunun 23-də sosial şəbəkədə yayınladığı tənqidi yazılarına görə, Günbəd şəhərindəki rejimin məhkəməsinin qərarı əsasında təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Aman Məhəmməd Xocəmli zaminə buraxılmadığı üçün zindana salınmışdı.

Aman Məhəmməd Xocəmli 2020-ci il  fevralın 9-da Günbəd şəhərinin Hallı Axun kəndində yerləşən evində rejimin məmurları tərəfindən evində axtarış aparılmaqla yaxalanmışdı..

Türkmən jurnalist nəhayət iyulun 5-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Türkmən jurnalist Lətif İzədi isə 17 iyulda məhkəmənin istintaq idarəsi tərəfindən çağrılaraq ondan bir həftə ərzində ittihamları ilə bağlı son müdafiəsini etməsi istənilmişdi. Lakin Lətif  İzədi koronavirusa yoluxduğu üçün onun müdafiəsi təxirə salınımışdı.

Lətif  İzədi “Ulkamiz” xəbər saytının başçısıdır. Lətif İzədi Günbədin “Salaq Nuri” kəndində azyaşlı uşağın oğurlanması barədə xəbər yaydığı üçün polisə çağrılaraq “Yalan məlumat yaymaq”da ittiham olunub.

Xəbərin yayılmasından sonra əhalinin etirazlarının qarşısını almaq üçün rejimin polis orqanı Lətif İzədidən hımin xəbəri saytdan götürməyi istəmişdir. Lakin o buna razı olmadığı üçün jurnalist barəsində cinayət işi açılmışdır.

Ondan sonradan iltizam alınaraq, zaminə buraxılıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …