Cümə axşamı , İyul 25 2024
azfa

İran rejimi Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü sürətlə qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölünə tökülən çayların qarşısını kəsməklə gölü sürətlə qurudur. Artıq gölün suyunun səviyyəsi ötən ilin eyni dövrünə nisbətən 55 sm azalıb.

Qərbi Azərbaycan Regional Su Şirkətinin başqanı Məsud Talibian bununla bağlı deyib ki, Urmiya gölünün hazırkı səviyyəsi 1271 metr 23 santimetrdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 santimetr azdır.

Hazırda Urmiya gölünün sahəsi 3446 kvadratkilometrdir. Bu ötən ilin eyni dövründə 3591 kvadrat kilometr idi. Ötən ilin eyni gününə nisbətən bu il gölün sahəsi 145 kvadrat kilometr azalıb.

Məsud Talibian hazırda Urmiya gölündə 4 milyard 610 kubmetr suyun olduğunu bildirib. Onun sözlərinə görə ötən ilin eyni dövründə bu 6 milyard 490 kubmetrə bərabər idi. Bununla da bu müddət əvəzində gölün suyunun 1 milyard 880 milyon kubmetr azaldığı bəlli olur.

Qeyd edək ki, irqçi fars rejim qəsdən Urmiya gölünə tökülən çayların qarşısını kəsməklə Urmiya gölünü qurudur.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …