Cümə axşamı , İyul 25 2024
azfa

İran rejimi Urmiya gölünə axan çayların qarşısını tam kəsərək gölü qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Urmiya gölünə axan bütün çayların qarşısını tam kəsərək gölü qurudur. Ona görə də Urmiya gölünün durumu olduqca ağırdır.

Urmiya Gölünü Bərpa Qərargahının Planlaşdırma müdiri Məsud Təcrişi Urmiya gölünə bütün çaylardan suyun kəsilməsi barədə açıqlama yayıb.

O bildirib ki, Urmiya gölünə açılan su sədlərinin hamısı bağlıdır. Hazırda gölün su həcmi sürətlə azalır.

Məsud Təcrişinin sözlərinə görə, gölün 2021-ci il üzrə su haqqı 640 milyon kubmetr olması müəyyənləşdirilib. Ancaq bu sudan yalnız 160 milyon kubmetrinin gölə buraxıldığı açıqlanıb.

Bununla da Energetika Nazirliyi öz öhdəliklərinə, habelə qanuni qərarlara əməl etmədiyi vurğulanıb. Problemlə ilgili dəfələrlə Energetika Nazirliyi və əyalət məsullarına müraciət edilsə də, problem həll olmayıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …