Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi və Azərbaycandakı əlaltıları Türkiyə və türklə düşmənçiliyi kəskinləşdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi və onun Azərbaycandakı əlaltıları Türkiyə və türk adı ilə düşmənçiliyi kəskinləşdirdilər.

Terrorçu Sepahın Qərbi Azərbaycan əyalətinin “Şühəda” korpusunun komandiri terrorçu Həbib Şahsəvari Urmiya şəhər bələdiyyəsində Türkiyədə təhsillə bağlı reklam, banner və lövhələrinin çoxluğuna görə bələdiyyə başçısına xəbərdarlıq edib.

Terrorçu Şəhsəvarı Qərbi Azərbaycan əyalətində Sepah terror təşkilatı vasitəsilə “mədəniyyət qərargahı”nın yaradılmasının və bu qərargahın başına cümə-imamının gətirilməsinin xaricdən olan mədəni hücumların qarşısının alınması üçün vacib addım hesab edib.

Şahsuvari Urmiya şəhərində Türkiyə universitetlərində təhsillə bağlı çox sayda reklam lövhələrinin və bannerlərinin olmasını tənqid edib və bunun qarşısının alınması üçün bələdiyyə başçısı Hüseyn Mehdizadəyə səslənib.

Terrorçu deyib: “Hər şəhərin başçısı bələdiyyə sədridir və sədr bu məsələlərinin tənzimlənməsində, bu kimi işlərin qarşısının alınmasında məsuliyyət daşıyır”.

Qeyd edək ki, irqçi və antitürk İran rejimi və onların əlaltıları Azərbaycanda cin bismillahdan qorxan kimi türk adından qorxub və hər vasitə ilə Türkiyə və Azərbaycanla düşmənçiliyə davam edirlər.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …