Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi yaxaladığı azərbaycanlı fəal Vədud Əsədi uzun müddətdən sonra ailəsilə qısa telefon əlaqəsi saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi yaxaladığı azərbaycanlı fəal Vədud Əsədi dünən uzun müddətdən sonar ailəsilə qısa telefon əlaqəsi saxlayıb. O bildirib ki, hələ də Rəşt şəhərində İran ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır.

Azərbaycanlı fəal yaxınlarının aidiyyəti orqanlara müraciətindən sonar məlum olmuşdur ki, Vədud Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi tərəfindən 170 milyon tümənlik vəsiqə təyin edib. Lakin rejimin həmin məhkəməsi dosyenin təkmil olmadığı bəhanəsi ilə fəalın zaminə buraxılmasına mane olub.

Qeyd edək ki, İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum etmişdi.

Rejimin məmurlar Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə etmişdilər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparmışdılar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalmışdı.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …