İran rejimi yenidən Urmiya gölünü sürətlə qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Energetika Nazirliyi quraqlığı bəhanə edərək Urmiya gölünə tökülən bütün çayların qarşısını kəsərək gölü sürətlə qurudur.

Urmiya Gölünün Bərpası Mərkəzinin vilayət üzrə rəisi Fərhad Sərxoş bildirib ki, göldə su daha 1 milyard 41 milyon kubmetr azalıb. Urmiya gölünün hazırkı həcmi isə 5 milyard 22 milyondur. Gölün səviyyəsi indi 1271.41-dir.

Fərhad Sərxoş həmçinin deyib ki, gölün sahəsi 3494 kvadrat kilometrə çatəb, bu da keçən ilki 3621 kvadrat kilometr sahə ilə müqayisədə azalıb.

Fərhad Sərxoş aprelin 26-da göldə suyun səviyyəsinin daha 28 santimetr azaldığını, belə davam edəcəyi təqdirdə bərpa planlarının icrasında əlavə çətinliklərin ortaya çıxacağını demişdi.

Sərxoş bundan öncə isə gölə çatacaq suyun Ernergetika Nazirliyinin göstərişi ilə verilmədiyi və bu da gölün sürətlə qurumasına gətirib çıxardığını bildirmişdi.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …