Çərşənbə , İyul 9 2025
azfa

İran rejimindən Güney Azərbaycanın “Traxtur” komandasına qarşı daha bir ədalətsiz qərar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı irqçi yanaşması və düşmənçiliyi ilə tanınan İranın Futbol Federasiyasının nizam-intizam komitəsi “Traxtur” klubuna qarşı daha bir ədalətsiz qərar verib.

İranın Futbol Federasiyası “Traxtur” klubunun “Persepolis”lə yarımçıq qalan oyuna görə 3-0 məğlub elan edib. Rejim bununla həmçinin Azərbaycan klubunu cərimələyərək, Traxturu yarışdan uzaqlaşdırıb.

Bununla yanaşı gələn mövsüm iki komandanın yarışının tamaşaçısız keçirilməsi barədə qərar verilib.

Məsələyə münasibət bildirən “Traxtur” klubunun rəhbərliyi çıxarılan qərarı ədalətsizliyin bariz nümunəsi adlandırıb və bununla razılaşmayacaqlarını, Apellyasiya Komissiyasına şikayət edəcəklərini bildiriblər.

Həmçinin yoxlayın

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

GADTB: İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək. Bu barədə …

Azərbaycanlı körpə Hayal adına görə 68 gündür doğum haqqında şəhadətnamədən məhrumdur

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı körpəyə doğum haqqında …