İran rejiminin ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Behnam Şeyxi iki illik sürgünə göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ana dilinə görə Tehranın Evin zindanında həbs etdiyi azərbaycanlı fəal Behnam Şeyxi indi isə iki illik sürgünə göndərildi

Azərbaycanlı fəal iyunun 15-dən məzuniyyətdə idi. O sonradan zindan rəhbərliyinə tibbi arayış təqdim etdiyi üçün onun məzuniyyət müddəti uzadılmışdır.

Şeyxi məzuniyyət müddəti bitdikdən sonra zindana döndüyü zaman şərti azadlığa buraxılması ilə bağlı müraciətinin qəbul olunduğunu öyrənsə də, onun iki illik sürgün cəzası ləğv edilməyib.

Azərbaycanlı fəal avqustun 3-də özünün “İnstaqram” səhifəsində bu barədə yazıb: “Xuzistan əyalətinin Məscid Süleyman şəhərinin Ümumi və İnqilab Məhkəməsi tərəfindən Tehranın Baharistan bölgəsinin Ümumi və İnqilab Məhkəməsinin ona sürgün cəzasını çəkmək üçün verdiyi qərarı təqdim edib”.

Qərarda Məscid Süleyman şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası bölməsinin hakiminə Şeyxinin İslami Cəza Qanununun 23-cü maddəsinə uyğun olaraq sürgün cəzasının başlamasını qeydiyyata almaları və lazimi tədbirlər görmələri qeyd olunub.

Qeyd edək ki, Behnam Şeyxi 2014-cü ildə isə Əkbər Azad, Əlirza Fərşi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …