Çərşənbə axşamı , Aprel 16 2024
azfa

İran rejiminin Apellyasiya məhkəməsi azərbaycanlı fəal Əmir Səttariyə qarşı həbs qərarını qüvvədə saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Əmir Səttariyə qarşı ilkin məhkənin həbs qərarını olduğu kimi təsdiq edib.

Rejimin Apellyasiya Məhkəməsinin sədri azərbaycanlı fəalı çağırmadan özü qiyabi şəkildə apellyasia şikayətini rədd edərək məhkəmənin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Əmir Səttari rejim tərəfindən şərlənərək, Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham edilmişdi. Həmin saxta ittihama görə azərbaycanlı fəal 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib. Fəala qarşı həbs cəzasının 50 günü iki il müddətinə təxirə salınıb.

Əmir Səttari iyulun 21-də rejimin məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına koçülürmüşdü.

Azərbaycan fəal avqustun 11-də rejimin Təbrizdəki mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

Əmir Səttari bundan öncə də milli-mədəni fəaliyyətlərinə görə yaxalanıb və həbslə təzyiqlərə məruz qalıb. Fəal hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Əmir Səttari 2017-ci ildə mədəni fəaliyyətləri ilə bağlı yaxalandıqdan sonra 5 il həbs cəzasına məhkum edilmişdi və 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarmışdı. Həmin qərara əsasən, onun qalan 3 illik həbs müddəti şərti həbs cəzası ilə əvəzlənmişdi.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …