Şənbə , Noyabr 27 2021
azfa

İran rejiminin bəşəriyyətə qarşı noyabr cinayətlərinin üstü açılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu ilin noyabr etirazlarında İran hökuməti gəncləri birbaşa atəş açaraq öldürməklə yanaşı, bir çox etirazçını da gizlicə qətlə yetirib. Onların bir çoxu elə etirazların başladığı gün, yəni noyabrın 25-i yoxa çıxıb.

 Öldürülənlərin çoxunun cəsədi Əhvaz, Kərəc, İsfahan çayları, Sənəndəc şəhərinin Vəhdət su bəndi və Mərivan gölündən tapılıb.

 Bu cavanların 20-30 yaşları olub və ağır əşyalara bağlanaraq suya atılıblar.

 Onlardan biri də Tehranın Xarəzmi Universitetinin magistr məzunu İrfan Saedpənah olub.

 Bu dəhşətli cinayətlər İranın təhlükəsizlik güclərinin törətdiyi terrorların sadəcə bir hissəsidir. Dövlət rəsmiləri ölənlərin cənazələrində onların ailələrini guya övladlarının intihar etdiklərini söyləməyə vadar edirdilər.

 2019-cu ilin noyabrın 25-də İranın bir çox şəhərlərində yoxsulluq, bahalıq, hökumət rəsmiləri və məmurların xalqa verdiyi zülmlər və ayrıseçkilik kimi bir sıra səbəblərdən xalq küçələrə axışaraq etiraz mitinqi keçirib.

Azadİran

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …