Şənbə , Oktyabr 16 2021
azfa

İran rejiminin Ermənistana hərbi dəstəyinə etiraz edən azərbaycanlı fəallar məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ininci Qarabağ savaşı başlayanda İranın Ermənistana hərbi yardımlarına etiraz etdiklərinə görə yaxalanmış azərbaycanlı fəallar Ərdəbildə İnqilab Məhkəməsinə çağrılıb.

Azərbaycanlı milli-mədəni fəallar Pərviz Siyabi Gürcüan, Hüseyn Balaxani İsalu, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin Cuda, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colani Ocaqa məhkəmənin elektron sistemi vasitəsilə məhkəməyə çağrılıblar.

Göndərilən çağırışda azərbaycanlı milli-mədəni fəallardan sentyabrın 20-də saat 10:00-da Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsində olmaqları istənilib.

Rejim ötən il həmin fəallara qarşı irəli sürdüyü ittihamları dəyişdirib və onları yenidən şərləyərək, “İran rəhbərini təhqir etmək”də ittiham edib.

Qeyd edək ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …