Bazar , Oktyabr 18 2026
azfa

İran rejiminin ETTELAAT məmurları Təbrizdə azərbaycanlı milli fəalın evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölü ilə bağlı etirazların keçirilməsinə az qalmış İran rejiminin ETTELAAT məmurları Təbrizdə azərbaycanlı milli fəalın evinə hücum edib. Rejimin məmurları fəalın evində axtarış aparıblar.

İyulun 16-da İran rejiminin ETTELAAT məmurları azərbaycanlı milli-mədəni fəal Hamid Əsgərinin Təbrizdəki ata evinə hücum edib və məhkəmə hökmü olmadan evdə qanunsuz axtarış aparıblar.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, Hamid evdə olmadığı üçün məmurlar onu həbs edə bilməsələr də, ona məxsus noutbuk və başqa şəxsi əşyaları müsadirə edərək, özləri ilə aparıblar.

İran rejiminin ETTELAAT məmurları azərbaycanlı milli fəlın ailəsindən tələb ediblər ki, Hamid Əsgəri məmurların zənglərinə cavab verib və izahat üçün rejimin Təbrizdəki ETTELAAT İdarəsinə getsin.

Qeyd edək ki, iyunun 27-də Hamid Əsgəri İran rejiminin ETTELAAT İdarəsində bir neçə saatlığına sorğu-suala tutulmuşdu.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …