GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı fəal Yaşar Piri girov qarşılığında zaminə buraxıldı.
Yaşara Piri fevralın 24-də 50 milyon tümən girov qoymaqla Təbrizin mərkəzi zindanından zaminə buraxılıb.
Azərbaycanlı fəalın yaxınlarının bildirdiyinə görə, mədəni fəal fevralın 21-də təhlükəsizlik məmurları tərəfindən döyülərək saxlanılmışdır.
Hələlik milli fəalın nədə ittiham edildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlar zamanı Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.
Piri qardaşları daha sonra terrorçu Sepahın təcridxanasına köçürülmüşdülər. Azərbaycanlı qardaşlar 26 gün dindirildikdən sonra Təbriz zindanının 3-cü bölməsinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.
Yaşar Piri 2012-ci ilin mart ayında Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyada yaxalanaraq “İctimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.
Yaşar Piri Təbriz Azad Universitetinin məzunu hüquq ixtisası üzrə təhsil alıb.