Çərşənbə , Oktyabr 21 2026
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin  həbs etdiyi azərbaycanlı fəal Yaşar Piri girov qarşılığında zaminə buraxıldı.

Yaşara Piri fevralın 24-də 50 milyon tümən girov qoymaqla  Təbrizin mərkəzi zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəalın yaxınlarının bildirdiyinə görə, mədəni fəal fevralın 21-də təhlükəsizlik məmurları tərəfindən döyülərək saxlanılmışdır.

Hələlik milli fəalın nədə ittiham edildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlar zamanı Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Piri qardaşları daha sonra terrorçu Sepahın təcridxanasına köçürülmüşdülər. Azərbaycanlı qardaşlar 26 gün dindirildikdən sonra Təbriz zindanının 3-cü bölməsinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.

Yaşar Piri 2012-ci ilin mart ayında Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyada yaxalanaraq “İctimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.

Yaşar Piri Təbriz Azad Universitetinin məzunu hüquq ixtisası üzrə təhsil alıb.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …