Cümə axşamı , Aprel 25 2024
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Əkbər Nəiminin tərcümeyi-halı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi milli-mədəni fəaliyyətlərinə görə azərbaycanlı milli fəal Əkbər Nəimini qanunsuz olaraq 1 aydır həbs edib. Azərbaycanlı fəal hazırda Tehranın Evin zindanında 9 il 8 aylıq həbs cəzasını çəkir.

Əkbər Nəimi 29 avqust 1983-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlib və ailənin kiçik övladıdır. Onun özündən böyük iki bacısı və bir qardaşı var. Əkbər Nəimi ilk və orta təhsilini bitirdikdən sonra Azad İslam Universitetinin Xoy bölməsinə daxil olub və 2010-cu ildə məzun olub.

Nəimi 2012-ci ilə qədər Xoy, Xana və Üşnü şəhərlərinin qaz təchizatı şəbəkəsinin nəzarətçisi işləyib.

Əkbər Nəimi bundan sonra ixtisasına və ingilis dilini yaxşı bilməyi ilə əlaqədar “Homa Hava Yolları”a aid imtahanları uğurla vermiş və 2012-ci ilin iyul ayından rəsmi olaraq aviasiya üzrə texnik kimi həmin şirkətə işə qəbul olunmüşdü. O təyyarələrin mexaniki sistemləri bölməsində işə başlayıb.

Mühəndis Naimi öyrəncilik illərində Evrin qeyri-hökumət birliyinin mərkəzi şurasının, məzun olduqdan sonra isə Günəbaxan dərnəyinin qurucu heyətinin və mərkəzi şurasının üzvü olmuşdur.

Əkbər Nəimi müxtəlif kino və kitab təhlili toplantılarında, türk dili kurslarının təşkilində, Günəbaxan festivalı və Evrin dağı yürüşlərində aktiv iştirak edib.

İran parlamentində təmsil olunan nümayəndələrlə görüşlər keçirib və Azərbaycanın siyasi, ictimai vəbaşqa problemlərini onların diqqətinə çatdırıb. Milli fəaliyyətinə görə qurucularından olduğu “Günəbaxan” və “Evrin” dərnəkləri hökumət tərəfindən qapadılıb.

Əkbər Nəimi İran məclisində türk millət vəkilləri fraksiyası ilə bağlı aparıcı fəallarından biri olub. O, 2013-cü ilin 21 fevralında Tehranın Baharistan bölgəsində Beynəlxalq Ana Dili Günü münasibətilə əsas çxışçılardan biri olub. Bu da onun barəsində açılan cinayət işində əsas ittihamlardan biri kimi qeyd olunub.

Əkbər Nəimi həmçinin öyrənci nəşrləri və dərnəkləri ilə sıx əməkdaşlıq edib, sosial şəbəkədə fəal çalışıb və insan haqları sahəsində fəaliyyət göstərib.

O 2020-ci il 22 yanvarda Tehranın Tehransər məntəqəsində yerləşən mənzilindən çıxarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Mənzilində axtarış aparılıb və barəsində iki ay qəti həbs imkan tədbiri seçilib. O, bu müddət ərzində istintaq təcridxanasının 209 saylı bölməsinin təkadamlıq kamerasında sorğu-suala tutulduqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

İranın ETTELAAT İdarəsi ona qarşı təzyiqləri artırıb və işdən çıxarılmasına səbəb olub. Daha sonra Əkbər Nəimi iyulun 19-da Təbriz şəhərində yaxalanaraq Tehranın Evin zindanına aparılıb.

İran rejiminin məhkəməsi azərbaycanlı milli fəalın “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının lehinə təbliğat aparmaq” ittihamları ilı sıra ilə 5 il, 4 il və 8 ay, toplam 9 il 8 ay həbs cəzasına məhkum edilib. Həmçinin onun 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub. Qərar Tehranın Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsində təsdiqlənib.

Həmçinin yoxlayın

Molla rejimin Apellyasiya Məhkəməsində Peyman Kərimpur barədə qərarı təsdiqləyib

GADTB: İrqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi Təbrizdə yaşayan azərbaycanlı fəal Peyman Kərimpuru 2 il 5 …

Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdamda Pənahəli xanın sarayını ziyarət etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti …