İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Yusif Kari aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bəndinə köçürülüb.

Azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün Sepehri onu öz kabinetinə çağırıb, həmin fəalın başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Yusif Kari 2020-ci il noyabr ayının 30-da Ərdəbil zindanında koronovirusun yayılması barədə məlumat vermişdi. Koronovirusun yayılması xəbərindən sonra Yusif kari zindanın 7-ci bölməsindən 1-ci bölməsinə köçürüldü.

Son zamanlar onların bölməsində koronavirus infeksiyası yayıldığı üçün azərbaycanlı siyasi məhbuslardan Abbas Lisani, Vasiqi qardaşları və Yusif Karinin korona xəstəliyinə tutulduğu bildirilirdi.

Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …