Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejiminin məhkəməsi azərbaycanlı fəal Şəhruz Bərzgəri cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi oktyabrın 25-də əl-Əhvaz etirazlarına dəstək aksiyasına qatılmaq ittihamı ilə tutulan təbrizli milli fəal Şəhruz Bərzgəri nağd pul cəriməsi cəzasına məhkum etdi.

Məhəmmədəli Pirinin sədrliyi ilə rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 112-ci şöbəsində keçirilən məhkəmə iclasında Şəhruz Bərzgər 5 milyon tümən cərimə cəzasına məhkum edilib.

O, məhkəmədə daha öncə “Qanunsuz aksiyaya qatılmaq və qarşıdurma yaradaraq polislərə tabe olmamaq” ittihamından bəraət alsa da, Əli Məzlumi Yenginin “Vəzifə başında ikən döyülməsi” haqda verdiyi şikayətə görə cərimə olunub.

Qeyd edək ki, azərbaycanlı fəal Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə keçirilən etirzlarla əlaqədar iyulun 25-də İran rejiminin məmurları tərəfindən yaxalanmışdı.

Azərbaycanlı fəal iyulun 31-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …