Şənbə , İyul 13 2024
azfa

İran rejiminin məmurları azərbaycanlı fəal Yusif Sələhşurun evinə hücum edərək onu yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 25-i axşam saat 23-də İran rejiminin məmurları silahlı şəkildə Təbriz şəhərində yaşayan azərbaycanlı milli fəal Yusif Sələhşurun evinə basqın edərək fəalı yaxalayıblar.

Fəalı yaxalayan məmurlar onu naməlum istiqamətə aparıblar. Rejimin məmurlarının həmçinin fəalın evində axtarış aparıldığı və şəxsi əşyalarının götürüldüyünü bildirirlər.

Yusif Sələhşurun son günlər rejimin ETTELAAT qüvvələri tərəfindən dəfələrlə hədələndiyi bildirilir. Məmurları fəalı hədələyiblər ki, o heç bir etiraz aksiyasına qoşulmasın.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanda möhtəşəm etiraz aksiyası keçirilib. Çox sayda azərbaycanlı fəal həmin aksiyada rejimin məmurları tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …