Bazar , Sentyabr 13 2026
azfa

İran rejiminin məhkəməsi azərbaycanlı milli fəal Ruzbeh Piri cərimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Güney Azərbaycanın Təbriz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirini cərimə etdi.

İran rejiminin Təbrizdəki İkinci Cinayət Məhkəməsi bu barədə qərar çıxarıb.

Azərbaycanlı fəal rejimin təhlükəsizlik məmurları tərəfindən qardaşı Yaşar Piriyə verilən işgəncə  barədə məlumat yaydığına görə, rejimin Təbrizdəki İkinci Cinayət Məhkəməsinin 103-cü bölməsi tərəfindən 50 milyon rial cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin həbs edilib, təzyiqlərə məruz qalması ilə bağlı paylaşdığı məlumatlara görə aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılmışdı.

Mayın 12-də keçirilən məhkəmədə Sepah terror təşkilatının kəşfiyyat bölməsinin iki hüquqi nümayəndəsi iştirak edib.

Rejimin əlaltısı hakimi Musəvi “İnstagram” hesabında yaydığı məlumata görə milli fəala qarşı “Sistemə qarşı təbliğat aparmaq” və “Yalan məlumatlar yaymaq” ittihamları irəli sürmüşdü.

Ruzbeh Piri dindirildikdən sonra 80 milyon tümən girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal Yaşar Piri bundan öncə fevralın 21-də mülki geyimli məmurlar tərəfindən yaxalanmmışdı. Yaxalanma zamanı və təcridxanada ona işgəncə verilib və döyülüb.

Azərbaycanlı mədəni fəalın sağlıq durumunun ağır olduğu üçün 3 gün təcridxanada saxlanıldıqdan sonra 50 milyon tümən girov qarşılığında zaminə buraxılıb və Təbrizin İmam Rza xəstəxanasına köçürülüb.

Onun qardaşı Ruzbeh Piri isə bu barədə sosial şəbəkədə bir neçə məlumat paylaşmışdı.

Həmçinin yoxlayın

Siyamək Mirzəiyə Ərdəbil həbsxanasında bölmələrin tez-tez dəyişdirilməsi ilə təzyiq davam edir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəi həbsinin üçüncü ayında Ərdəbil Mərkəzi Həbsxanasının siyasi məhbusların saxlanıldığı 7-ci …

CENTCOM: Son 60 gündə 100 ticarət gəmisinin marşrutu dəyişdirilib; heç bir gəmi ABŞ-ın icazəsi olmadan blokadadan keçməyib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, qüvvələri son 60 gün ərzində, ABŞ-ın İrana qarşı …