Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejiminin məhkəməsi azərbaycanlı milli fəal Vəhid Əbhərini həbs və cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbriz etirazları zamanı yaxaladığı azərbaycanlı milli-mədəni fəal Vəhid Əbhərini 3 ay həbsə və 2 milyon 100 min tümən cəriməyə məhkum etdi.

İran rejiminin Təbrizdəki ikinci Cinayət Məhkəməsinin 111-ci şöbəsinin hakimi Rza Füruği azərbaycanlı milli fəalı mühakimə edib.

Vəhid Əbhəri rejim tərəfindən şərlənərək, “Kiber məkanda kommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də ittiham olunurdu.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına keçirilən dəstək mitinqi ilə bağlı yaxalanmışdı

Vəhid Əbhəri 2016-cı ildə mədəni fəaliyytlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 5 gün dindirildikdən sonra sərbəst buraxılmışdı.

Vəhid Əbhəri 2017 və 2018-ci illərdə Babək Qalası Qurultayında iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün də yaxalanmışdı.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …